Türkiyənin şərqində toqquşmalar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i214750-türkiyənin_şərqində_toqquşmalar_davam_edir
Türkiyə ordusu ölkənin cənub-şərqində PKK yaraqlıları ilə ağır döyüşlərin davam etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2016 06:18 Asia/Baku
  • Türkiyənin şərqində toqquşmalar davam edir
    Türkiyənin şərqində toqquşmalar davam edir

Türkiyə ordusu ölkənin cənub-şərqində PKK yaraqlıları ilə ağır döyüşlərin davam etməsindən xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu bazar ertəsi günü bir bəyanat yayaraq, bildirib ki, Mardin əyalətinin Nüsəybin şəhərində təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında gedən toqquşmalarda 6 terrorçu məhv edilib.

Türkiyə ordusu Nüsəybində PKK terrorçularının sığınacağından 20 ədəd bombanın aşkar edildiyini bildirərək, 14 martdan başlanan əməliyyatlarda indiyə kimi 206 terrorçunun öldürüldüyünü elan edib.

Türkiyədə kürd sorunu ilə bağlı sülh prosesinə 2012-ci ildə start verilsə də, 2015-ci ilin iyul ayında Suruçda törədilən terror aktının ardınca sülh prosesi dayandırıldı.

O zamandan bəri Türkiyə ordusu ilə PKK arasında silahlı toqquşmalar yenidən bərpa olunub.