İngiltərə mühacirlərin ölkəyə girişini önləməyə çalışır
-
İngiltərə mühacirlərin ölkəyə girişini önləməyə çalışır
İngiltərənin baş naziri mühacirlərin ölkəyə girişini önləmək üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər verib.
Sputnik-in verdiyi məlumata görə, Deyvid Kameron bu ölkə parlamentinin aşağı palatasındakı çıxışı zamanı deyib: Avropada yaşanan mühacir böhranını nəzərə alaraq, İngiltərənin sərhədlərini qorumaq vacib məsələyə çevrilib.
D.Kameron həmçinin deyib: İngiltərə hökuməti öz sərhədlərini xüsusi ilə daha yaxşı həyat üçün müraciət edən mühacirlər qarşısında bağlı olaraq saxlayacaq.
İngiltərə baş naziri bu mühacirlərin ölkəyə girişinin önlənilməsi üçün lazımi tədbirlərin görüldüyünü də bildirib.
İngiltərə hökuməti 2015-ci ilin sentyabrında baş nazir Deyvid Kameronun göstərişi əsasında Avropa Birliyi tərəfindən bu ölkə üçün müəyyən edilmiş 160 minlik mühacir payından imtina etdi.
İngiltərə 2020-ci ilə kimi sadəcə 20000 mühacir qəbul etməyə hazır olduğunu bildirib.