Rusiya terrorçuların Avropada kimyəvi silahdan istifadəsi barədə xəbərdarlıq etdi
-
Rusiya terrorçuların Avropada kimyəvi silahdan istifadəsi barədə xəbərdarlıq etdi
Rusiyanın BMT-dəki nümayəndəsi Avropada kimyəvi silahdan istifadə edilərək, terror aktlarının törədilməsi ehtimalı barədə xəbərdarlıq etdi.
PressTV-nin verdiyi məlumata görə, Vitali Çurkin dünən deyib: Moskva terrorçuların Avropa ölkələrinə qarşı kimyəvi silahlardan istifadə etmələri ehtimalı barədə dəfələrlə xəbərdarlıq edib.
V.Çurkin deyib: Terrorçuların Avropa ölkələrində xüsusi ilə də metro stansiyalarında kimyəvi silahdan istifadə edərək terror aktı törətmələri ehtimalı ciddidir.
Rusiyanın BMT-dəki nümayəndəsi terrorçuların mühacir adıa altında Avropa ölkələrinə daxil olmalarından xəbər verərək, onların özləri ilə Avropaya kimyəvi maddələr gətirdikləri ehtimalının istisna edilmədiyini bildirib.
Bundan öncə terrorçuların Ərəbistan vasitəsi ilə kimyəvi maddələr ilə təmin edildikləri barədə xəbərlər yayılmışdı.