İstanbulda müsəlman xalqların islami birliyini tələb edən aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i215212-İstanbulda_müsəlman_xalqların_islami_birliyini_tələb_edən_aksiya_keçirilib
Türkiyə xalqından bir qrupu İstanbulda, üzərində bir islami ölkənin adı yazılmış vahid bir formada dünya müsəlmanları arasında həmrəylik və birlik istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2016 03:45 Asia/Baku
  • İstanbulda müsəlman xalqların islami birliyini tələb edən aksiya keçirilib
    İstanbulda müsəlman xalqların islami birliyini tələb edən aksiya keçirilib

Türkiyə xalqından bir qrupu İstanbulda, üzərində bir islami ölkənin adı yazılmış vahid bir formada dünya müsəlmanları arasında həmrəylik və birlik istəyib.

IRIB-nin məlumatına görə, bu aksiya cümə günü İslam Əməkdaşlıq Təşkilatının sammitinin başa çatmasından sonra keçirilib. Bu iclas bəzi üzv ölkələrin müxalifəti ucbatından bəyanat qiraət olunmadan işini başa vurub.

Türkiyədəki siyasi və islami qurumların tabeliyində olan aksiyaçılar "islami birlik" şüarı ilə İslam Əməkdaşlıq Təşkilatından istəyiblər ki, Qüdsün sionist rejimin işğalından azad edilməsi qarşısındakı əsas vəzifəsinə əməl etsin.