Güclü yeraltı təkan Yaponiyanı titrətdi
-
Güclü yeraltı təkan Yaponiyanı titrətdi
Rixter şkalası ilə yeddi tam onda üç bal gücündə zəlzələ bir daha Yaponiyanın cənub-qərbindəki Kumamoto şəhərini titrədib.
Röyters-in məlumatına görə, şənbə günü səhər baş vermiş bu hadisədə azı altı nəfər ölüb, 750 nəfərdən çox insan da yaralanıbdır.
Bu məlumata görə, idarə və yaşayış binalarından bir çoxunun uçulması və yanması nəticəsində bu məntəqə əhalisindən onlarla nəfər uçqunlar altında qalıb.
Yaponiyanın bir dövlət rəsmisi deyib: Bu zəlzələ sunaminin baş verməsi barədə xəbərdarlığa səbəb olub, hərçənd sonradan bu tövsiyə ləğv olunub, həmçinin məntəqədəki üç atom elektrik stansiyasının işində heç br nöqsan müşahidə olunmayıbdır.
Yaponiya mediaları də şənbə günü bu ölkənin cənubundakı "Aso" dağında vulkanın püskürməsindən xəbər veriblər.
Bu vulkan püskürməsi yerli vaxtla şənbə günü səhər saat səkkiz otuz dəqiqədə və bu məntəqədə böyük yeraltı təkandan sonra baş veribdir.
Qeyd edək ki, cümə axşamı günü gecə altı tam onda beş bal gücündə olan zəlzələ də Kumamoto şəhərində on nəfərin həlak olması və yüzlərlə nəfərin yaralanmasına bais olubdur.
Bu zəlzələ Yaponiyanın paytaxtı Tokioda da hiss olunub və cümə 130-dan çox kiçik yeraltı təkan Kumamoto şəhərini titrədibdir.