Türkiyənin cənub-şərqindəki iki partlayışda beş nəfər ölüb, doqquz nəfər də yaralanıb
-
Türkiyənin cənub-şərqindəki iki partlayışda beş nəfər ölüb, doqquz nəfər də yaralanıb
Türkiyənin cənub-şərqində bu ölkə ordusunun bir hərbi avtomobilinin hərəkəti yolunda bomba partlayışı nəticəsində dörd nəfər ölüb, iki nəfər də yaralanıbdır.
Röyters-in məlumatına görə, təhlükəsizlik mənbələri bildiriblər ki, bomba partlayışı Türkiyənin təhlükəsilzik məmurları hərbi avtomobillə Mardin əyalətindəki Saver məntəqəsində yerləşən iki kənd arasında patrul keçərkən baş verib və Türkiyə ordusunun dörd hərbçisi ölüb, iki hərbçi də yaralanıbdır.
Türkiyənin təhlükəsilzik mənbələri habelə digər bir bombanın Mardin əyalətindən şərqdə yerləşən Şirnak əyalətində partlaması və bir polis məmurunun ölməsi və yeddi nəfərin də yaralanmasından xəbər veriblər.
Təhlükəsizlik mənbələri əlavə ediblər ki, təhlükəsizlik qüvvələri Şirnak əyalətindəki kürd sakinli məntəqələrin birindən baxış keçirərkən bomba partlayıb.
Ötən ilin yayında Türkiyə dövləti ilə PKK arasında atəşkəs razılaşmasının uğursuz qalmasından sonra bu ölkənin kürd sakinli əyalətlərində təhlükəsizlik qüvvələri ilə PKK ünsürləri arasında toqquçşmaların yeni dövrü başlanıbdır.