ABŞ-ın Meriland ştatında qanlı atışma
https://azeri.sahartv.ir/news/dünya-i215251-abŞ_ın_meriland_ştatında_qanlı_atışma
Amerikanın Meriland ştatında qanlı atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2016 09:03 Asia/Baku
  • ABŞ-ın Meriland ştatında qanlı atışma
    ABŞ-ın Meriland ştatında qanlı atışma

Amerikanın Meriland ştatında qanlı atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.

IRIB-nin US Today qəzetinə istinadlı məlumatına görə, Amerikanın Meriland ştatındakı Temil Hil şəhərində iki yanğınsöndürmə məmuru cümə günü gecə bir mənzildəki atışma hadisəsində atəşə tutulub ki, onlardan biri ölüb, digəri isə yaralanıb və onun vəziyyəti ağır elan olunubdur.

Yerli polisin dediyinə görə, qonşulardan biri yanğınsöndürmə üzrə məsul şəxslərlə telefon əlaqəsində müalicə problemlərinə malik olan qonşuluğundakı şəxsin vəziyyətinə nəzarət edilməsini istəmişdi.

Yanğınsöndürmə məmurları hadisə yerinə göndərildikdən sonra şübhəli şəxsin mənzilnin qapısını açmaqdan çəkinməsilə üzləşiblər. Onlar evə girmək istəyərkən atəşə məruz qalıblar.

Yerli məsul şəxslər və polis şübhəli şəxsin həmin atışma hadisəsində həbs olunmasından xəbər veriblər.

Demokratların Amerika prezident seçkilərinə öncül namizədi Hillari Klinton ötən həftə bildirib ki, hər il bu ölkədə otuz üç min nəfər silah ilə qətlə yetirilir və bu, gündə doxsan nəfərin silahla öldürülməsi deməkdir.

Amerika dövləti ötən iki ildə çalışıbdır ki, silah daşıma qanununda islahatlar aparsın, amma iri silahqayırma şirkətlərinin sahibləri ABŞ konqresində malik olduqları nüfuzla silah daşınmasına məhdudiyyətin yaradılmasına icazəs vermirlər.