Rus Neft İran layihələrində iştirak etməyə maraqlıdır
-
Rus Neft İran layihələrində iştirak etməyə maraqlıdır
Rusiyanın energetika naziri deyib: Rus Neft Şirkəti İranın neft və qaz lyihələrində iştirak etməyə maraqlıdır.
İRNA-nın məlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak şənbə günü jurnalistlərlə müsahibədə xatırladıb: Rusiyanın Rus Neft Şirkəti İranda neft və qaz layihələrində iştirak etməyə maraqlıdır. Lakin bu şirkətin müəyyən layihələrdə iştirak etməsi barədə danışmaq hələ tezdir.
Novakın sözlərinə görə, İran neft və qaz müqavilələrində xarici şirkətlərin iştirakı üçün öz şəraitini elan etməlidir.
Rusiyanın energetika naziri əlavə edib: Xarici şirkətlər hər bir ölkənin neft və qaz yataqlarının istismara verilməsində iştirak barədə qərar verilməzdən öncə həmin ölkənin investorlara təqdim etdiyi iqtisadi prinsip və şəraitlə tanış olmalıdırlar.
Rusiyanın bəzi neft və qaz şirkətləri, həmçinin Lukoil və QazProm qərbin İran barədə qeyri-qanuni sanksiyalar tətbiq etməsindən öncə, 2010-cu ildə İranın neft və qaz yataqları layihərində iştiraka başlamışdı. Lakin sanksiyalar tətbiq olunduqdan sonra şirkətlər qərb və ABŞ-ın təzyiqi nəticəsində İran layihələrində iştiraklarını təxirə salmağa məcbur oldular.