Vaşinqtonda 900 etirazçı həbs olunub
-
Vaşinqtonda 900 etirazçı həbs olunub
ABŞ polisi ölkə siyasətlərində pulun nüfuzu və korrupsiyaya etiraz olaraq Vaşinqton şəhərində keçirilən aksiyada yüzlərlə etirazçını həbs edib.
İRİB-in məlumatına görə, Amerika polisi şənbə günü Vaşinqtonda 900 nəfəri saxlayıb və bildirib ki, həbs olunan şəxslər şəhər qanunu pozmaqda ittiham olunub.
Filadelfiyada minlərlə nəfərin Amerika paytaxtına doğru yürüşü ilə başlanan "Demokratiya Baharı" kampaniyası Konqresdən ölkə siyasətlərində korrupsiyaya son qoyması istiqamətində dərhal addım atmasını və azad və ədalətli seçkilərə şərait yaratmasını tələb edir. Belə ki, bu şəraitdə bütün amerikalılar bütün rəy haqqına malik olmalıdır.
Bu kampaniya öz saytında 2016-cı il 11-16 apreldə qarşıdurmalardan uzaq aksiyaların keçirilməsi üzrə öz proqramını elan etmiş və bildirmişdi ki, bu etirazlarda əgər irimiqyaslı həbs təhlükəsi olsa da, keçiriləcəkdir.