Almanlar Ərdoğanın tənqidçisinin mühakiməsinə qarşı çıxdılar
Rəy sorğusunun nəticələri almanların əksəriyyətinin Türkiyənin müraciəti əsasında Ərdoğanı tənqid edən alman satiraçının mühakimə olunması üzrə hökumətin son qalmaqallı qərarına qarşı çıxdığını göstərir.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Almaniyanın Bild nəşrinin sifarişi əsasında Amnid müəssisəsinin apardığı rəy sorğusunun nəticəsinə əsasən, Almaniya vətəndaşlarının təxminən 66%-i kansler Angella Merkelin Ankaranın siyasətlərini tənqid edən satiraçı Yan Bumermanın mühakiməsi üzrə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti ilə razılaşmasını yanlış qiymətləndirib.
Merkel bir bəyanatda Almaniyanın ZDF telekanalının satiraçı jurnalisti Yan Bumermanın Ərdoğana hörmətsizlik etməsi ittihamı ilə mühakimə olunması ilə razılaşdığını bildirib.
Bumerman bir müddət öncə Ərdoğan barəsində satirik şer oxumaqla onu lağa qoyub və bu hərəkətlə Türkiyə prezidentini qəzəbləndirib. Ərdoğanın qəzəblənməsi bu satiraçıdan şikayət etməsinə səbəb olub.
Ərdoğan bildirib ki, hal-hazırda polisin nəzarətində olan Neo Mağazin Royal proqramının aparıcısı Yan Bumerman haqda işi Almaniyanın yüksək hüquqi qurumuna qədər izləmək niyyətindədir. Lakin bir çox siyasətçi Ərdoğanın bu şikayətini rədd edib və onu Almaniyada ifadə azadlığına hücum adlandırıb.
Almaniya parlamentində Sosial Demokrat partiyasının fraksiya rəhbəri Tomas Operman, Avropa Parlamentinin sədri Martin Şults da Türkiyə qarşısında Merkelin son mövqeyini sərt şəkildə tənqid ediblər.