Türkiyə suriyalı didərginlərə doğru atəşin açılmasını təkzib etdi
-
Türkiyə suriyalı didərginlərə doğru atəşin açılmasını təkzib etdi
Türkiyə hökuməti İnsan Haqları Gözətçisi Təşkilatının türk sərhədçilərin suriyalı miqrantlara doğru atəş açmaları barədəki iddiasını rədd edib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi arxayınlıq edib ki, İnsan Haqları Gözətçisi Təşkilatının bu ittihamları reallığı əks etdirmir. Çünki bu ölkə müharibədən qaçan təxminən 3 milyon suriyalı miqranta yer vermişdir.
Türkiyə XİN əlavə edib: Ölkədə yardım qurumları Suriya vətəndaşlarına kömək üçün lazımi tədbirləri görürlər.
İnsan Haqları Gözətçisi Təşkilatı cümə günü Türkiyə sərhəd qüvvələrinin suriyalı didərginlərə atəş açdığını bildirib.
İnsan Haqları Gözətçisi Təşkilatının tədqiqatçısı Gerri Simpson bildirib: İŞİD üzvlərinin əlindən qaçan sivillər Türkiyə tərəfindən mehribanlıqla qarşılanmaq əvəzinə döyüş güllələri ilə qarşılanır.
Bu qurumun bildirdiyinə görə, ötən iki gün ərzində qarşıdurma bölgələrindən azı 30 min əfər qaçıb.