İstanbulda AKP qərargahında partlayış
Apr 18, 2016 07:10 Asia/Baku
-
İstanbulda AKP qərargahında partlayış
Naməlum silahlı şəxslər İstanbul şəhərində Ədalət və İnkişaf partiyasının ofisinə hücum ediblər.
Trend İnformasiya Agentliyinin məlumatına görə, naməlum şəxslər ötən gün günortadan sonra əllə hazırlanan bomba ilə İstanbul şəhərində Ədalət və İnkişaf Partiyasının qərargahının arxabağçasını partladıblar.
Məlumata görə, hadisənin insan tələfatı olmayıb, lakin ofisə ciddi xəsarət dəyib.
İndiyə qədər bir şəxs və yaxud bir qrup hücumun məsuliyyətini üzərinə götürməyib.