ABŞ Suriyada atəşkəs razılaşmasına alternativ layihənin olmasını rədd edib
-
ABŞ Suriyada atəşkəs razılaşmasına alternativ layihənin olmasını rədd edib
Rusiyanın Avropa Birilyindəki nümayəndəsi bildirib: Vaşinqton Moskvanı arxayın edib ki, Suriyadakı hazırkı atəşkəs pozulduğu halda silahlı şəxsləri silahlandırmaq üzrə layihə yoxdur.
Amerikanın Wall Street Jurnal qəzeti son vaxtlar bildirib ki, qərb və Amerikanın regional müttəfiqlərinin mötədil adlandırdığı silahlı müxaliflərə havadan müdafiə silahlarının təhvil verilməsi üzrə B planı proqnoz olunub. Belə ki, onlardan istifadə ilə Suriyanın Hərbi Hava Qüvvələrinin təyyarələri vurulsun.
İRNA-nın məlumatına görə, Aleksey Burdofkin deyib: ABŞ-ın hərbi rəsmiləri və diplomatları Rusiyanın bu sorğusuna cavab verib və bildiriblər ki, Suriya barədə B planı yoxdur və Vaşinqton Suriyada atəşkəsi dəstəkləyir.
Burdofkin Rusiya və ABŞ-ın Suriyada atəşkəsin möhkəmləndirilməsi üzrə əməkdaşlığının davam etməsini vurğulayaraq deyib: Bəzi müxalif qruplar düşmənçiliyə son qoymaq sazişini pozurlar. Lakin suriyalı hərbçilər indiyə qədər belə bir iş görməyiblər.
24 fevraldan bərqərar olunan Suriyada atəşkəs İŞİD, əl-Nüsrə Cəbhəsi və Əhrarüş-Şam kimi terror qruplaşmalarına şamil olmur və onlarla mübarizə davam edir.