Tramp və Klintin Nyu-Yorkda partiya daxili seçkilərin qalibi olublar
https://azeri.sahartv.ir/news/dünya-i215749-tramp_və_klintin_nyu_yorkda_partiya_daxili_seçkilərin_qalibi_olublar
Respublikaçılar və Demokratların ABŞ prezidentliyi üçün namizədləri olan Donald Tramp və Hillari Klinton Nyu-York Ştatında partiya daxili seçkilər zamanı rəqiblərini üstələyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 05:25 Asia/Baku
  • Tramp və Klintin Nyu-Yorkda partiya daxili seçkilərin qalibi olublar
    Tramp və Klintin Nyu-Yorkda partiya daxili seçkilərin qalibi olublar

Respublikaçılar və Demokratların ABŞ prezidentliyi üçün namizədləri olan Donald Tramp və Hillari Klinton Nyu-York Ştatında partiya daxili seçkilər zamanı rəqiblərini üstələyiblər.

Fransa xəbər agentliyinin Nyu-Yorkdan verdiyi məlumata görə, ilkin nəticələrə görə Donald Tramp Nyu-Yorkda seçicilərin 60%-ni əldə edərək, qalib gəlib. Onun rəqibi olan Ohayo ştatından Con Kasiç isə səslərin 25%-ni toplaya bilib. Tedd Kruz isə 14% səslə ən aşağı pillədə durmalı olub.

Demokratların namizədi olan Hillari Klinton isə 57% ilə rəqiblərini geridə buraxaraq, önə keçib. Onun rəqibi Berni Sinderz isə səslərin 42%-ni əldə edə bilib.

Nyu-Yorkda keçirilən hazırlıq seçkilərinin nəticələrinə əsasən Klinton partiyasının vahid namizədi olaraq seçilmək imkanını əldə etmək üçün rəqibi Berni Sanderz ilə fasiləsini artırmağı bacarıb.