Rəcəb ayı "Etikaf" günləri başlanır
https://azeri.sahartv.ir/news/dünya-i215791-rəcəb_ayı_etikaf_günləri_başlanır
Mənəviyyat dolu "Etikaf" günləri bu gecədən etibarən başlanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 15:28 Asia/Baku
  • Rəcəb ayı
    Rəcəb ayı "Etikaf" günləri başlanır

Mənəviyyat dolu "Etikaf" günləri bu gecədən etibarən başlanır.

İmam Əli(ə)-ın mövlud günü axşamı ilə bir vaxtda qəlbi ilahi eşq ilə döyünən insanlar İranda və dünyanın digər nöqtələrində məscidlərə üz tutaraq, mənəvi "Etikaf" mərasimində iştiraka hazırlaşırlar.

3 gün davam edəcək bu mənəvi mərasimdə möminlər oruc tutaraq pərvərdigarın dərgahına əl açıb, dua etməklə məşğul olacaqlar.

Rəcəb Etikafı adlı bu mənəvi mərasim Rəcəb ayının 13-dən 15-nə kimi olan günlərə aiddir. Sabah sübh namazından etibarən başlayacaq Etikaf mərasimi Rəcəb ayının 15-də iftar mərasimi ilə başa çatacaq.

100 minlərlə insan bu mərasimdə iştirak etmək üçün İranın müxtəlif şəhərlərində məscidlərə üz tutub.