Moskva: Türkiyə İŞİD-i dəstəkləməkdə davam edir
https://azeri.sahartv.ir/news/dünya-i215935-moskva_türkiyə_İŞİd_i_dəstəkləməkdə_davam_edir
Rusiya Xarici İşllər Nazirliyinin sözçüsü deyib ki, Türkiyə İŞİD-i dəstəkləməkdə davam edir və həmin qrupdan neft satın alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2016 08:09 Asia/Baku
  • Moskva: Türkiyə İŞİD-i dəstəkləməkdə davam edir
    Moskva: Türkiyə İŞİD-i dəstəkləməkdə davam edir

Rusiya Xarici İşllər Nazirliyinin sözçüsü deyib ki, Türkiyə İŞİD-i dəstəkləməkdə davam edir və həmin qrupdan neft satın alır.

IRIB-nin Russiya Əlyəum-a istinadlı məlumatına görə, Mariya Zaxarova mətbuat müsahibəsində əlavə edib: Ankaranın sərhədlərdə baş vermiş hadisələr qarşısında susması Türkiyənin Suriyadakı terrorçuları himayə etdiyini göstərir.

Zaxarova deyib: Bir çox sənədlər mövcuddur və bu sənədlər göstərir ki, Türkiyə öz müttəfiqlərinin köməyilə Suriyadakı dincliyi pozmağa, vəziyyəti gərginləşdirməyə və müxtəlif yollarla terrorçulara kömək etməyə çalışır.

O, habelə deyib: Türkiyə ilə İŞİD arasında tarixi abidələr və neftin qanunsuz ticarəti, eləcə də terrorçuların Türkiyə sərhədi ilə gediş-gəlişi və bu terror qrupuna silah və sursatın çatdırılması Ankaranın terrorçuları himayələrindəndir.

Rusiya Xarici İşllər Nazirliyinin sözçüsü bu xəbər və sənədlərin Qərb və region medialarında yayılmamasından təəssüflənib.

Mariya Zaxarova həmçinin Türkiyə sərhədlərindəki suriyalı mühacirlərin böhranı haqda deyib: Mühacirlər Türkiyə qüvvələrinin atəşləri hədəfinə tuş gəliblər və bir qrup didərgin suriyalı uşaq və qadın Türkiyənin sərhəd qüvvələri tərəfindən öldürülüb.