Həzrət Əbəlfəzlin(ə) yeni zərihi istifadəyə verilib
Apr 22, 2016 08:58 Asia/Baku
-
Həzrət Əbəlfəzlin(ə) yeni zərihi istifadəyə verilib
13 rəcəb axşamı İraqın rəsmilərinin iştirakı ilə Həzrət Əbəlfəzlin(ə) yeni zərihi istifadəyə verilib.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Həzrət Əbəlfəzl(ə) dərqahının məsul şəxsi Ayətullah seyid Əhməd Əssafinin eləcə də İraqın bir sıra hərbi və siyasi simalarının həm də müsəlman ölkələrdən gələn qonaqların iştirakı ilə Həzrət Əbəlfəzlin(ə) yeni zərihi istifadəyə verilib.
Mərasimdə İmam Rzanın(ə) dərqahının yeni məsulu höccətül-islam Rəisi də iştirak edib.
Mərasimdə hamısı iraqlı olan zərihin ustalarına bu böyük əsərə görə mükafatlar təqdim olunub.
mərasimin sonunda zəvvarlar " Ləbbeyk ya Abbas" fəryadları ilə dərgaha daxil olublar.