Amerikada atışma nəticəsində azı 7 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i215962-amerikada_atışma_nəticəsində_azı_7_nəfər_ölüb
Məlumatlara görə, ABŞ-ın Ohayo ştatındakı atışma azı 7 nəfərin ölümü ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2016 15:23 Asia/Baku
  • Amerikada atışma nəticəsində azı 7 nəfər ölüb
    Amerikada atışma nəticəsində azı 7 nəfər ölüb

Məlumatlara görə, ABŞ-ın Ohayo ştatındakı atışma azı 7 nəfərin ölümü ilə nəticələnib.

Fars xəbər agentliyinin məlumatına görə, bu atışma Sinsineti şəhərindəki bir evdə baş verib.

Bu məlumata görə, hələ hücumçu şəxsin tutulub-tutulmadığı məlum deyil.

Amerika dövləti ötən iki ildə silah daşınması qanununda islahatlar aparmağa çalışıbdır. Lakin böyük silah şirkətlərinin ABŞ konqresində malik olduqları nüfuz ucbatından dövlət silah daşınmasında məhdudiyyətlər yarada bilmir.

Hər il Amerikada 33 min nəfər silah ilə qətlə yetirilir və bu, gündə atəş nəticəsində 90 nəfərin öldürülməsi deməkdir.