Amerikada Vrayzen şirkətinin 40 min işçisi tətil elan edib
https://azeri.sahartv.ir/news/dünya-i215965-amerikada_vrayzen_şirkətinin_40_min_işçisi_tətil_elan_edib
Amerikada ən əsas telefon xidmətləri şirkəti dayılan Vrayzen şirkətinin 40 min işçisinin ölkənin müxtəlif şəhərlərində elan etdiyi tətil artıq ikinci həftəyə daxil oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2016 15:43 Asia/Baku
  • Amerikada Vrayzen şirkətinin 40 min işçisi tətil elan edib
    Amerikada Vrayzen şirkətinin 40 min işçisi tətil elan edib

Amerikada ən əsas telefon xidmətləri şirkəti dayılan Vrayzen şirkətinin 40 min işçisinin ölkənin müxtəlif şəhərlərində elan etdiyi tətil artıq ikinci həftəyə daxil oldu.

HispanTv-nin verdiyi məlumata görə, ABŞ-ın Vrayzen şirkətinin fəhlə birliyi ilə bu şirkətin rəhbərliyi arasında yeni əmək müqaviləsinin tənzimlənməsi barədə gedən müzakirələrin nəticəsiz qalması, şirkət işçilərinin tətil elan etmələrinin əsas səbəbi kimi təqdim olunur.

Şirkətin fəhlə birliyinin icraçı katibi Con Boardman bu barədə deyib: Vrayzen şirkətinin fəhlələri öz əmək haqları və əmək imtiyazları ilə əlaqədar müzakirələrdə şirkətin rəhbərliyindən əlverişli cavab almayıblar.

etirazçılara görə, Vrayzen şirkəti gəlirli şirkət olmasına baxmayaraq onun rəhbərliyi işçilərdən keçmişdə malik olduqları əmək imtiyazlarından vaz keçmələrini istəyirlər.

bu məlumata görə Varizen şirkəti başqa ölkələrdə aşağı maaşla 5 min iş yeri yaratmaqda ittiham olunur.