Həzrət Zeynəb(s.ə)-nın vəfatı münasibətilə başsağlığı veririk
-
Həzrət Zeynəb(s.ə)-nın vəfatı münasibətilə başsağlığı veririk
İslami İran Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü günü gecəsində kədər və qəm içindədir.
Şənbə günü 1437-ci h.q. ili rəcəb ayının 15-i və 2016-cı il aprelin 23-ü, İslamın əziz Peyğəmbəri(s.ə.s)-in nəvəsi, eləcə də dünya şiələrinin birinci imamı- Həzrət Əli(ə) və Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın övladı Həzrət Zeynəb(s.ə)-nın 63-cü h.q. ilində vəfatının ildönümü günüdür.
Həzrət Zeynəb(s.ə.) qardaşı, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn(ə)-ın kənarında, İslamı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş irticaçı və yayınmış bir cərəyanla mübarizə aparırdı.
O həzrət möhtərəm qardaşı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətindən sonra paklıq Əhli-Beyti(ə) xanədanının digər üzvləri ilə yanaşı əsir aparıldı, amma həmin əsirlik gedişində məntiqli və əzəmətli xütbələrilə Bəni Uməyyə-nin pozğun və alçaq mahiyyətini ifşa etdi.
Həzrət Zeynəb(s.ə) Kufə və Şamda Yezidin pozğun hökumət sisteminə qarşı ifşaçılıqları ilə İmam Hüseyn(ə) qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.