Silahlı insident yenə can aldı - Amerikadaq
https://azeri.sahartv.ir/news/dünya-i216037-silahlı_insident_yenə_can_aldı_amerikadaq
ABŞ-ın Corciya ştatında çıxan silahlı insident nəticəsində 5 nəfərin öldüyü bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2016 07:47 Asia/Baku
  • Silahlı insident yenə can aldı - Amerikadaq
    Silahlı insident yenə can aldı - Amerikadaq

ABŞ-ın Corciya ştatında çıxan silahlı insident nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Faks Nyus informasiya kanalının verdiyi məlumata görə, ABŞ rəsmiləri şənbə günü Corciya ştatında baş vermiş atışma zamanı 7 nəfərin güllə yarası aldığını və silahlı insidenti törədən şəxs də daxil olmaqla 5 nəfərin həyatını itirdiyini bildiriblər.

Bu məlumata görə, Corciya ştatında, Atlanta yaxınlığında silahlı bir şəxs keçmiş ailəsinin 7 üzvünü güllələyib. Daha sonra özünü də vuraraq, intihar edib.

Münaqişənin ailə zəminində törədildiyi bildirilir.

Hər il Amerikada odlu silahdan istifadə edilərək, minlərlə insan öldürülür və yaralanır.