Ohayoda kütləvi edam
https://azeri.sahartv.ir/news/dünya-i216076-ohayoda_kütləvi_edam
ABŞ-ın Ohayo Ştatında bir ailənin 8 üzvü odlu silahla başlarından vurularaq, öldürülüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2016 12:04 Asia/Baku
  • Ohayoda kütləvi edam
    Ohayoda kütləvi edam

ABŞ-ın Ohayo Ştatında bir ailənin 8 üzvü odlu silahla başlarından vurularaq, öldürülüblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Nyu-York Tamys qəzetinin yazır: Ohayo polisi cümə günü şəhərdən kənarda yerləşən bir evdə eyni ailənin üzvü olan 8 nəfərin cəsədinin aşkar edilməsindən xəbər verib. Məlumata görə, onların hamısı baş nahiyəsindən odlu silah ilə vurularaq qətlə yetirilib.

Qəzet daha sonra yazır: Ailənin anası yeni doğulmuş körpəsi ilə birlikdə yataq otağında yuxuda ikən qətlə yetiriliblər. Hələ ki, hadisəni törədən şəxs və ya şəxslər saxlanılmayıb.

Məntəqənin polis şefi Çarlz Rayder deyir: Ruden ailəsinin 7 üzvünün cəsədləri səhər saat 8-dən öncə bir-birinin yaxınlığında yerləşən 3 evdə aşkar edilib.

Hadisənin Payk məntəqəsində baş verdiyi deyən polis şefi qətlə yetirilənlər arasında 4 günlük, 6 aylıq və 3 yaşlı uşaqların olduğuna toxunaraq, cinayətin törədildiyi evlərə zərər və ziyanın yetirilmədiyini bildirib. Ailənin 8-ci üzvünün cəsədi isə 1 saat sonra digər 3 evdən bir mil uzaqda yerləşən 4-cü evdə aşkar edilib. Onun da baş nahiyəsindən vurularaq öldürüldüyü bildirilir.