Ermənistan paytaxtında sərnişin avtobusu partayıb
Apr 26, 2016 10:24 Asia/Baku
-
Ermənistan paytaxtında sərnişin avtobusu partayıb
Gecə saatlarında İrəvanda avtobus partlayıb.
Sərnişin avtobusunun partlaması nəticəsində iki nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Yaralıların ikisinin vəziyyəti ağır olduğu önə çəkilir.
Ermənistanın Baş Polis İdarəsinin təhlükəsizlik müşaviri də baş vermiş partlayışa münasibət bildirib. Narek Malyan marşrut avtobusunun dizel yanacağı ilə işlədiyini və hadisə zamanı yanğının yox, məhz "quru partlayış"ın olduğunu açıqlayıb. Sürücünün sağ qaldığını bildirən müşavir, partlayışın fuqaslı olduğunu, qəlpələnmə baş vermədiyini deyib.