Obamanın Londona səfəri və doğurduğu rezonans
https://azeri.sahartv.ir/news/dünya-i216376-obamanın_londona_səfəri_və_doğurduğu_rezonans
Obamanın açıqlamaları müxtəlif problemlərdən o cümlədən 17 trilion dollarlıq borcdan qaynaqlanan məsələlər üzündən ABŞ-ın iqtidarının zəifləməsindən xəbər verir. Ekspertlər belə deyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2016 12:39 Asia/Baku
  • Obamanın Londona səfəri və doğurduğu rezonans
    Obamanın Londona səfəri və doğurduğu rezonans

Obamanın açıqlamaları müxtəlif problemlərdən o cümlədən 17 trilion dollarlıq borcdan qaynaqlanan məsələlər üzündən ABŞ-ın iqtidarının zəifləməsindən xəbər verir. Ekspertlər belə deyir.

İngiltərə mediaları öz xəbər buraxılışlarının bir hissəsini ABŞ prezidenti Barak Obamanın Londona olan səfərinə həsr ediblər. Belə ki, prezidentlik dövrünün sonlarını yaşadığı üçün hazırda topal ördəyə bənzədilən Obamanın Londonda etdiyi çıxışı İngiltərə mediasında geniş rezonans doğurub.

Obama: Bizim diqqətimiz Avropa Birliyi ilə olan ticarət anlaşmasınadır. Əgər Britaniya bizim ilə təkbaşına ticarət əlaqələrinə malik olmaq istəyərsə, sıranın sonuna keçməlidir.

Obamanın bu sözləri xüsusi ilə İngiltərənin Avropa Birliyindən çıxmasını müdafiə edənlərin qəzəbinə səbəb olub.

Vətəndaş: Amerikanın bizim, barəsində kifayət qədər tanışlığa malik olmadığı bir birliyin tərkibində qalmağımızı istəməsi riyakarlıqdır.

Obamanın çıxışlarından birində daha da irəli getdiyi zaman isə reaksiyalar daha da kəskinləşdi.

Vətəndaş: Əgər İngiltərə baş naziri Amerika seçkilərinə müdaxilə etsə idi, onlar dəli olardılar. İndi Obama İngiltərə xalqını qorxutmaq üçün keçmişdə səsləndirilmiş yaramaz fikirləri yenidən təkrarlayır.

Əlbəttə, artıq Ağ Evi tərk etməyə hazırlaşan Obama Londonda bir məsələyə də toxundu ki, İngiltərə mediaları ona o qədər də diqqət göstərmədilər.

Obama: Düşünürəm Qərbdə çoxları onların daxili işlərinə müdaxilə etməyimizi istəmirlər.

Obamanın ABŞ-ın ötən on illiklərdəkəi prezidentlərinin əksinə olaraq ABŞ əleyhinə cərəyanların olmasına işarə və Amerikanın ən sadiq müttəfiqi olan İngiltərənin Avropa Birliyinin tərkibində qalmasına təkid etməsinə rəğmən, avropalılar bildirirlər ki, parçalanma ABŞ-ın öz məqsədlərinə çatması üzrə xərclərinin artmasına səbəb olacaq.