AB İHM Türkiyədə ələvilərin hüquqlarının pozulmasını qınadı
https://azeri.sahartv.ir/news/dünya-i216385-ab_İhm_türkiyədə_ələvilərin_hüquqlarının_pozulmasını_qınadı
Avropa Birliyi İnsan Haqları Məhkməsi Türkiyəni ələvilərə qarşı ayrı-seçkiliyə əsaslanan davranışlarına görə qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2016 14:34 Asia/Baku
  • AB İHM Türkiyədə ələvilərin hüquqlarının pozulmasını qınadı
    AB İHM Türkiyədə ələvilərin hüquqlarının pozulmasını qınadı

Avropa Birliyi İnsan Haqları Məhkməsi Türkiyəni ələvilərə qarşı ayrı-seçkiliyə əsaslanan davranışlarına görə qınayıb.

Röyters bildirir ki, Avropa İttifaqı İnsan Haqları Məhkəməsi çərşənbə axşamı bir bəyanat yayaraq, Türkiyəni etiqad azadlığını pozmaqda və ələvilərə qarşı ayrı-seçkiliyə əsaslanan siyasətlər yürütməkdə ittiham edib.

Avropa İnsan Haqları Məhkəməsinin bəyanatında deyilir: Türkiyə tarixi və ictimaiyyətində Ələvi təfəkkürü dərin köklərə malikdir.

Türkiyə ələvilərinin şikayəti əsasında təşkil edilən məhkəmədə Ankaradan ələvilər ilə Türkiyə sünnüləri kimi rəftarın edilməsi istənilib.

Türkiyənin 75 milyonluq əhalisinin 15 milyon nəfərini ələvilər təşkil edir.

Avropalı məhkəmə hakimlərinin təsəvvürlərinə əsasən, ələvilərin rəsmən tanınmaması, onların sünnilər üçün nəzərdə tutulmuş hüquqlardan məhrum olmasına səbəb olub.