ABŞ polisinin qaradərililərə qarşı silahlı zorakılıqları davam edir
Amerika polisi daha bir qaradərili yeniyetməni atəşlə yaralayıbdır.
Amerikan "Baltimor San" qəzetinin yazdığına görə, ABŞ polisinin qaradərililərə qarşı silahlı zorakılıqlarının davamında bir polis zabiti çərşənbə günü Baltimor şəhərində qaradərili bir yeniyetməni atəş ilə yaralayıb.
Amerika polisi iddia edibdir ki, əlində olan pnevmatik tüfəngə görə, polis zabitləri 14 yaşlı Didrik Kalonun silahlı olduğunu təsəvvür ediblər.
Baltimor polis müfəttişi Kevin Devis də polis zabitlərinin bu hərəkətini müdafiə edərək, deyib ki, bu qaradərili yeniyetmənin pnevmatik tüfəngi əsl tüfəngə bənzəyibdir.
Amerika polisi tərəfindən qaradərili vətəndaşlara qarşı zorakılıqlar 2014-cü ildən artıbdır.
İngiltərədə çıxan Qardian qəzetinin məlumatına görə, Amerika polisi tərəfindən qaradərililərin öldürülməsi ağdərililərə nisbətən doqquz dəfə çox olubdur.