Ukrayna böhranı indiyə qədər 10000 can alıb
Apr 29, 2016 12:12 Asia/Baku
-
Ukrayna böhranı indiyə qədər 10000 can alıb
BMT rəsmisi 2014-cü ildə Ukraynada başlanan böhranda indiyə qədər 10000 nəfərin öldüyü, 20000 nəfərin isə yaralandığını bildirib.
BMT baş katibinin müavini Taye Bruk Zerihun Təhlükəsizlik Şurasında deyib: Ukraynada gedən toqquşmalarda ölən və yaralananların ümumi sayı 30729 nəfərə çatıb.
Bu məlumata görə, toqquşmalarda ölənlərin sayı 9333 nəfər olub.
Taye Bruk həmçinin deyib: Ukraynada sonuncu toqquşma halı 27 aprel 2016-cı il tarixində qeydə alınıb. Bu toqquşmada 4 sivil vətəndaş həyatını itirmiş, 8 nəfər isə yaralanmışdı.
BMT baş katibinin müavini əlavə edib: Son həftələr ərzində Ukraynada toqquşmalar artıb.