Trampın müxalifləri və polis arasında toqquşma baş verdi
Apr 29, 2016 12:58 Asia/Baku
-
Trampın müxalifləri və polis arasında toqquşma baş verdi
Amerikada Respublikaçı Partiyasının prezidentlik postuna namizədi Donald Trampın müxalifləri ilə polis arasında qarşıdurma baş verib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, yüzlərlə nəfər cümə axşamı Donald Trampın çıxış edəcəyi Orenc Kanti amfiteatrının önündə piket keçiriblər.
Daxil olan məlumatlara görə, etiraz aksiyası məntəqəyə gedən yollarda izdihama səbəb olub və aksiya iştirakçıları polis maşınlarına zərər və ziyan yetiriblər.
Əsasən Latın Amerikasından olan aksiya iştirakçıları Donald Trampın açıqlamalarını tənqid edərək, bərabər hüquqlu rəftarın edilməsini istəyiblər.
Tramp seçki təbliğatları zamanı müsəlmanlar və Latım Amerikasından olanlar əleyhinə kəskin fikirlər səsləndirərək, geniş etirazlara səbəb olub.