Gallop: Amerika iqtisadiyyatına etimad azalmaqdadır
-
Gallop: Amerika iqtisadiyyatına etimad azalmaqdadır
Qallop müəssisəsinin rəy sorğusu Amerika vətəndaşlarının 2016-cı ildə bu ölkə iqtisadiyyatına etimadının azaldığını göstərir.
CNN-in məlumatına görə, dünyada rəy sorğusu institutları arasında ən etibarlı institu hesab olunan Gallop son rəy sorğusunda bildirib ki, Amerika iqtisadiyyatına etimad 2016-cı ildə minimum həddə çatıb.
Rəy soğrusuna görə, Amerika vətəndaşları bir çox birja bazarlarının iflasa uğradığı ötən ilki iqtisadi proseslərdən sonra da, bu həddə iqtisadiyyatdan nigaran olmamışlar.
Son vaxtlar Amerikanın birja bazarının yaxşılaşması, mənzilin qiymətinin bahalaşması, digər tərəfdən icarə bazarının inkişaf etməsinə baxmayaraq, vətəndaşların Amerika iqtisadiyyatından nigaran olması hələlik bəlli deyil.
Bu müəssisənin rəy soğrusuna görə, amerikalılar qarşıdakı günləri o qədər də xoşagələn proqnoz etmir və 60% deyir ki, Amerika iqtisadiyyatının vəziyyəti daha da ağırlaşacaq.
Amerika iqtisadiyyatı cari ilin ilk üç ayında təkcə 0,5% inkişaf edib. Halbuki ötən illərdə oxşar müddətdə orta hesabla 2% inkişaf etmişdir. Bu da ortada böyük bir fərqin olduğunu əks etdirir.