Türkiyə İranla iqtisadi əlaqələrin gücləndirilməsini vurğulayır
Apr 30, 2016 05:08 Asia/Baku
-
Türkiyə İranla iqtisadi əlaqələrin gücləndirilməsini vurğulayır
Türkiyənin ticarət və gömrük naziri bildirib: İran əleyhinə tətbiq olunmuş beynəlxalq sanksiyaların ləğv olunması ilə, Türkiyə və İran arasında iqtisadiyyat və ticarət əlaqələri möhkəmlənəcək.
Bülənt Tüfəngçi Anadolu İnformasiya Agentliyinə verdiyi müsahibədə əlavə edib: İran və Türkiyənin 2015-ci ildə ticarət dövriyyəsi 10 milyard dollara çatdı və yaxın gələcəkdə 30 milyard dollara artırılması nəzərdə tutulub.
Tüfəngçi bildirib: Sanksiyaların ləğvi ilə Türkiyə və İran arasında iqtisadi əlaqələr diqqəti cəlb edəcək hərəkəti tapacaqdır.
Türk nazirin sözlərinə görə, iki ölkə arasında ən böyük sərhəd keçidi olan Korbulaq-Bazerqan sərhəd keçidi tezliklə istifadəyə veriləcək.