Türkiyə qırıcıları İraqın şimalında PKK-nın mövqelərinə yenidən hücum etdi
https://azeri.sahartv.ir/news/dünya-i216709-türkiyə_qırıcıları_İraqın_şimalında_pkk_nın_mövqelərinə_yenidən_hücum_etdi
Türkiyə qırıcı təyyarələri İraqın şimalında PKK-nın mövqelərini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2016 06:00 Asia/Baku
  • Türkiyə qırıcıları İraqın şimalında PKK-nın mövqelərinə yenidən hücum etdi
    Türkiyə qırıcıları İraqın şimalında PKK-nın mövqelərinə yenidən hücum etdi

Türkiyə qırıcı təyyarələri İraqın şimalında PKK-nın mövqelərini bombardman ediblər.

Sky Nyuzun məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib: Ötən gecə İraq, Türkiyə və İran sərhədində, xüsusilə də İraqın şimalında Qəndil dağlarında PKK-nın mövqeləri bombardman edilib.

Türkiyə qüvvələri 2015-ci il iyul ayından PKK-nin mövqelərinə hücum edirlər. 2013-cü ildə tərəflər arasında bərqərar olunan atəşkəs həmin tarixdən dayandırılıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Türkiyə ordusu Hərbi Hava Qüvvələrinin hücumlarında indiyə qədər 10 minə yaxın PKK üzvü öldürülüb. PKK bu statistikanı rədd edir və qarşılığında Türkiyə qüvvələrinə ağır xəsarətlər vurduğunu iddia edir.

Türkiyə indiyə qədər İraq ərazisində PKK-nın mövqelərini dəfələrlə bombardman etmişdir.

Türkiyənin quru qüvvələrinin İraq ərazisinə daxil olduğu zaman İraq rəsmiləri bu məsələyə ciddi reaksiya vermişlər.