Ərəbistan ABŞ-a xəbərdarlıq etdi
-
Ərəbistan ABŞ-a xəbərdarlıq etdi
Səudiyyə Ərəbistanı xarici işlər naziri 11 sentyabr hadisəsi ilə əlaqədar qanunun təsdiqlənməsi barədə ABŞ-a xəbərdarlığın olunduğunu bildirib.
İRİB-in məlumatına görə, Adil əl-Cübeyr deyib: ABŞ-ın 2001-ci il 11 sentyabr hadisəsində Ərəbistanın əli olması ilə əlqədar qanunun ilkin mətnini təsdiqləməsi, dünyada investorların Amerikaya etimadını məhv edəcək.
Nyu-York Times qəzeti bundan öncə yazmışdı ki, rəsmi Ər-Riyad təhdid edib ki, ABŞ Konqresi amerikalıların öz ölkə ərazisində ölümü ilə nəticələnən terror aktları ilə əlaqədar məsələlərdə xarici dövlətlərin toxunulmazlığı ilə bağlı qanunu ləğv etdiyi halda, Amerikada 750 milyard dollar dəyərində olan əmlakını satacaq.
2001-ci il 11 sentyabr hadisələrindən sonra, Amerika Konqresi araşdırma üçün komitə təşkil edib. Həmin komitə o zaman bir hesabat yaydı. Amma 10 ilin keçməsinə baxmayaraq, hələ də o hesabatın Ərəbistanla əlaqədar hissəsi yayımlanmamışdır.