İstanbulda İran Film Həftəsi işə başlayıb
-
İstanbulda İran Film Həftəsi işə başlayıb
İstanbulun Aydın Universitetində İran kinosunun sevənləri və tələbələrin diqqəti cəlb edəcək iştirakı ilə İran Film Həftəsi işə başlayıb.
İRNA-nın məlumatına görə, İran Film Festivalı İranın İstanbuldakı konsulluğunun mədəniyyət attaşesinin təşəbbüsü və Aydın Universitetinin əməkdaşlığı ilə keçirilir və gələn günlərdə İranın bir filmi nümayiş etdiriləcək.
Aydın Universitetinin rektoru xanım Yadigar İzmirli bu mərasimin açılış mərasimində etdiyi çıxışında İran kinosunu düzgün və səmimilik məktəbi adlandırıb və deyib: İran kinosu az büdcə ilə neçə milyon dollarlıq büdcəsi olan Hollivud kinosu qarşısında elə qüdrətli şəkildə özünü əks etdirdi ki, dünya kinosunun ən yaxşı nümunələrindən birinə çevrilə bildi.
İran İslam Respublikasının İstanbuldakı baş konsulu Möhsün Murtəzayifər də etdiyi çıxışında İran və Türkiyənin müştərək tarixi və mədəniyyətini qeyd edərək deyib: İki ölkənin mədəni əməkdaşlıqları siyasi və iqtisadi münasibətlərlə yanaşı yüksələn xətt istiqamətində olmalıdır.