Obama Suriyada fövqəladə vəziyyətin müddətini uzaldıb
May 04, 2016 07:30 Asia/Baku
-
Obama Suriyada fövqəladə vəziyyətin müddətini uzaldıb
Ağ ev bildirib ki, Suriya ilə əlaqədar fövqəladə vəziyyətin müddətini daha bir il üçün uzaldıb.
Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Barak Obama dövləti bu gün səhər çağı bir bəyanat yayaraq Suriya ilə əlaqədar fövqəladə vəziyyətin növbəti bir il üçün də uzadıldığını bildirib.
Ağ evin bəyanatında Bəşar Əsəd hökümətinə qarşı əvvəlki iddialar təkrarlanaraq deyilir: Obama ilk dəfə 2004-cü il may ayının 11-də icra üçün verilən və sonra hər il müddəti uzaldılan göstərişinin icra müddətini növbəti bir il üçün də uzaldıb. Bu göstəriş bəzi şəxslərin əmlakını dondurur və Suriyaya müəyyən malların ixracatına qadağa qoyur.