Ukraynanın şərqində atəşkəs pozulub
https://azeri.sahartv.ir/news/dünya-i217318-ukraynanın_şərqində_atəşkəs_pozulub
Ukrayna dövlətinə müxalif qüvvələr bu ölkə ordusunu Donbasda atəşkəsi pozmaqda suçlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2016 09:08 Asia/Baku
  • Ukraynanın şərqində atəşkəs pozulub
    Ukraynanın şərqində atəşkəs pozulub

Ukrayna dövlətinə müxalif qüvvələr bu ölkə ordusunu Donbasda atəşkəsi pozmaqda suçlayıblar.

İTAR-TASS-ın məlumatına görə, Ukrayna dövlətinin müxalifləri bildiriblər ki, bu ölkə ordusu cümə axşamı günü Donetsk şimalı və Dokuçayevskə hücum edib.

Müxaliflər həmçinin ordunun Donbasa 56 dəfə hücum etdiyini bildiriblər.

Ukrayna silahlı qüvvələri Novotroitskoye, Opitnoye və Butovskaya bölgələrində yerləşiblər.

Ukrayna dövləti və müxalifləri şərq böhranının həlli üzrə razılığa gəliblər ki, bölgədə 30 apreldən atəşkəs bərqərar olunsun.

Bu anlaşmada məqsəd 2015-ci ildə Normad qrupu tərəfindn Ukraynanın şərqində atəşkəs və böhranın həlli üzrə Minsk-2 anlaşmasının gücləndirilməsidir.

Ukraynanın şərqində hərbçilərlə müxaliflər arasında baş verən qarşıdurmalarda azı 9300 nəfər həlak olub.