Yunanıstanda aksiya
-
Yunanıstanda aksiya
Yunanıstanda aksiya ictimai nəqliyyatı problemlə üzləşdirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Yunanıstanda təqaüd və gəlir vergisi qanunlarında islahatın aparılmasına etiraz olaraq Sinfi Birliklərin iki günlük tətil aksiyasına başlaması ilə cümə günü metro, avtobus, qatar və gəmilərlə ictimai nəqliyyat iflic vəziyyətə düşüb.
Bu islahat Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankının 2015-ci il iyul ayında Yunanıstana ayırdıqları 3-cü kredit çərçivəsində kreditin verilməsi üzrə təyin etdikləri ilkin şərtlərdir.
Afinada cümə günü səhər ictimai nəqliyyat olmayıb.
Metro, tramvay, avtobus və şəhərarası qatarların işçiləri bazar gününə qədər tətil aksiyası keçirəcəklər.
Yunanıstanın Gəmiçilik Birliyi də 4 günlük tətil aksiyası elan edib.
Yunanıstanın dövlət və özəl sektorundakı birliklər parlamentin ötən gün təqaüd və gəlir vergisi qanunlarının islah edilməsi ilə əlaqədar layihələrin baxılmasına qərar verməsindən sonra tətil aksiyasının keçirilməsini istəyiblər.
Bu layihələrdə yüksək rəqəmi olan təqaüd məbləğinin azaldılması, sığorta fondlarının birləşdirilməsi, rüsumun artırılması, yuxarı və orta gəlirlər üçün vergilərin təyin olunması nəzərdə tutulub.