Ərdoğan kürəkənini AKP sədri kimi görmək istəyir
-
Ərdoğan kürəkənini AKP sədri kimi görmək istəyir
Bir Alman qəzet Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın AKP sədrliyinə öz kürəkənini gətirməyi planlaşdırmasından xəbər verib.
Almaniyada çıxan "Deutsche Wirtschafts Nachrichten" qəzeti yazır: Ərdoğan öz kürəkəni, hazırkı energetika naziri Al Bayrakı Ədalət və İnkişaf Partiyasının sədrliyinə keçirməyi planlaşdırır.
Qəzet əlavə olaraq bildirir: Ərdoğanın bu qərarı onun öz ailə üzvlərindən başqa kimsəyə inanmamasından eləcə də, Al Bayrak vasitəsi ilə özünün neft sektoruna nəzarətini gücləndirəcəyindən irəli gəlir.
Alman Qəzet Nyu-York tims qəzetindən də stat gətirir: Ərdoğan öz hakimiyyətini möhkəmləndirmək üçün məhkəmə sistemində də təmizləmə işləri apardı, jurnalistləri həbs etdi, ona qarşı etiraz aksiyalarını yatırtdı, indi isə özünün ən yaxın siyasi müttəfiqi yəni Əhməd Davudoğlunu hakimiyyətdən uzaqlaşdırır.
Alman Qəzet yazır: Davudoğlunun hakimiyyətdən uzaqlaşdırılması bunu deməyə əsas verir ki, Ərdoğanın öz hakimiyyətini möhkəmləndirmək səyləri onların arasında ixtilafa səbəb olub və bu məsafə Ərdoğanın bir demokratik siyasətçidən totalitar bir rəhbərə çevrilmə prisesinin yekunlaşmaqda olduğunu göstərir. Ərdoğanın bütün gücün prezidentin əlində cəmləşməsinə dair avanturaları da artıq reallaşmaq ərəfəsindədir.