Obama: Trampın fəaliyyət keçmişinə yenidən baxılmalıdır
-
Obama: Trampın fəaliyyət keçmişinə yenidən baxılmalıdır
Amerika prezidenti Barak Obama qarşıdakı prezident seçkilərinə respublikaçıların namizədi Donald Trampın fəaliyyət keçmişinin araşdırılmasını istəyib.
Frans press-in verdiyi məlumata görə Barak Obama Donald Trampın Ağ evə girmək üçün həyata keçirdiyi təşəbbüslərinin araşdırılmalı olduğunu bildirib və ABŞ-da prezidentliyin televiziya tamaşası olmadığını xatırladıb.
" Amerikanın prezidentliyi kürsüsünə keçmək əyləncə deyil ki, namizədlər səs toplamaq üçün istənilən mövqe tutsunlar."-deyə obama bildirib.
Respublikaçı namizədlər arasında Donald Tramp seçki kampaniyasında miqrantlara qarçı çox sərt mövqelər səsləndirir və hətta müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoyulmalı olduğunu deyir.
Donald Trampın partiya daxili son rəqibləri Ted Kruz və Con Kisikin namizədlikdən kənarlaşdıqlarından sonra, qalmaqallı milyonçu Tramp respublikaçıların qarşıdakı prezident seçkilərinə son namizədi oldu.