İran və Türkiyə arasında gömrük maneələri aradan götürülüb
https://azeri.sahartv.ir/news/dünya-i217711-İran_və_türkiyə_arasında_gömrük_maneələri_aradan_götürülüb
İran Gömrük İdarəsinin baş direktoru İran və Türkiyə arasında otuz milyard dollarlıq ticarətin reallaşması üçün gömrük maneələrinin aradan qaldırılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2016 07:36 Asia/Baku
  • İran və Türkiyə arasında gömrük maneələri aradan götürülüb

İran Gömrük İdarəsinin baş direktoru İran və Türkiyə arasında otuz milyard dollarlıq ticarətin reallaşması üçün gömrük maneələrinin aradan qaldırılmasından xəbər verib.

IRIB-nin məlumatına görə, İran Gömrük İdarəsinin baş direktoru Məsud Kərbasiyan bazar ertəsi günü Tehranda Türkiyə Gömrük İdarəsinin baş direktoru Cinab Aşcı ilə görüşdə deyib: İran və Türkiyə başçıları daim ikitərəfli əlaqələrin inkişafını vurğulayıb və otuz milyard dollar rəqəmini hədəf seçiblər ki, bu məsələ iki ölkə gömrüklərinin işini ağırlaşdırıb və iki ölkə ticarət əlaqələrini asanlaşdırmalıdır.

Cinab Aşcı da bu görüşdə deyib: İran və Türkiyə gömrükləri neçə il həmkarlıq boyu, regionun təhlükəsizliyi, sabitliyi və sülhünün banisi olublar və Tehran və Ankara bu əlaqələri genişləndirməyə borcludurlar.

Türkiyə Gömrük İdarəsinin baş direktoru vurğulayıb: İran və Türkiyə otuz milyard dollarlıq ticarəti hədəf seçmiş iki mühüm ölkə kimi lazımi şərait yaratmalı və qanunsuz ticarətin qarşısını almalıdır və qətiyyətlə demək olar ki, bu hədəf imkandan uzaq olmayacaqdır.