İran və Türkiyə arasında gömrük razılaşması imzalanıb
İran və Türkiyənin gömrük rəisləri iki ölkə arasında ticarəti asanlaşdırmaq və ikitərəfli iqtisadi inkişaf barədə razılaşma imzalayıblar.
IRNA-nın məlumatına görə, İran və Türkiyənin baş gömrük idarələrinin sədrləri Məsud Kərbasiyan və Cinab Aşcı arasında beşinci iclas çərşənbə axşamı günü keçirilib və iki ölkə arasında ticarətin asanlaşdırılması və genişləndirilməsi yolunda mövcud olan gömrük maneələrinin aradan qaldırılması ilə bağlı 25 mövzu və həll yollarının təqdimi haqda razılıq əldə edilib.
Qanuni iqtisadi fəalların fəallığı, Bazərqan-Gurbulaq sərhədinin imkanlarının sutkalıq və ikiqat olması və iks şüasından istifadə ilə əmtəə mal və narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə üzrə müştərək proqramın icrası İran və Türkiyənin baş gömrük idarələrinin sədrləri arasında imzalanmış razılaşma sənədinin maddələrindəndir.
İran ilə Türkiyə arasında gömrük razılaşması 2016-cı ilin 16 iyunundan qüvvəyə minir.
İran və Türkiyənin baş gömrük idarələrinin sədrləri həmçinin razılığa gəliblər ki, Qanuni İqtisadi Fəallar Proqramı barədə həmkarlıq və bir texniki iclasda öz təcrübələrini bir-birilərinin ixtiyarına qoysunlar.