İran Almaniya ilə münasibətləri genişləndirməyə hazırdır
https://azeri.sahartv.ir/news/dünya-i217744-İran_almaniya_ilə_münasibətləri_genişləndirməyə_hazırdır
İranın xarici işlər naziri müxtəlif siyasi və iqtisadi sahələrdə Almaniya ilə münasibətlərin genişləndirilməsini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2016 14:58 Asia/Baku
  • İran Almaniya ilə münasibətləri genişləndirməyə hazırdır

İranın xarici işlər naziri müxtəlif siyasi və iqtisadi sahələrdə Almaniya ilə münasibətlərin genişləndirilməsini alqışlayıb.

İran Xarici İşlər Nazirliyinin Ümumi Diplomatiya və Media Baş İdarəsinin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Tehranda Almaniya xarici işlər nazirinin müavini Markos Edrer ilə görüşdə iki ölkə rəsmiləri arasındakı ardıcıl siyasi, iqtisadi, mədəni və parlament məşvərətlərinə toxunaraq, ikitərəfli investisiya və iqtisadi və ticari mübadilələrin yüksəlişi üçün münasib imkanların yaradılmasını istəyib.

İranın xarici işlər naziri bildirib ki, Almaniya regional və beynəlxalq hadisələr səhnəsinin mühüm və fəal oyunçularındandır. O, deyib ki, Almaniya bəzi avropalı və qərbli oyunçuların əksinə olaraq, regionda mövcud olan reallıqlara neqativ yanaşmır və bu, regiondan kənar oyunçular üçün mühüm amil sayılır ki, region böhranlarından çıxmaq üçün sülhsevər və sakitləşdirici münasibətlər ardıncadırlar.