Lavrov və Zərif Suriya olaylarını müzakirə etdilər
https://azeri.sahartv.ir/news/dünya-i217777-lavrov_və_zərif_suriya_olaylarını_müzakirə_etdilər
İran və Rusiya xarici işlər nazirləri Suriya olaylarının son durumunu müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 06:38 Asia/Baku
  • Lavrov və Zərif Suriya olaylarını müzakirə etdilər
    Lavrov və Zərif Suriya olaylarını müzakirə etdilər

İran və Rusiya xarici işlər nazirləri Suriya olaylarının son durumunu müzakirə ediblər.

Röyters-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərifin çərşənbə axşamı telefon əlaqəsi saxlayaraq, Suriya olaylarını o cümlədən bu ölkədə atəşkəsin icra edilməsi məsələsini araşdırdıqlarından xəbər verib.

İran və Rusiya XİN başçıları bu telefon söhbətində Suriyanı Himayə Beynəlxalq Qrupunun iclasında İŞİD və Ənnüsrə Cəbhəsi ilə mübarizənin aparılması və onların tədarükat yollarının bağlanılması məsələlərinə diqqətin göstərilməsini vurğulayıblar.

İran və Rusiya xarici işlər nazirləri Suriya böhranı üçün siyasi həll yolunun tapılmasında bütün suriyalı qrupların iştirakına təkid edərək, BMT TŞ-nin Suriya ilə bağlı 2268 və 2254 saylı qətnamələrinin icrasına təkid ediblər.

ABŞ dövlət katibi Con Kerri çərşənbə axşamı Suriyanı Himayə Beynəlxalq Qrupunun 17 mayda Vyanada iclas təşkil edəcəyindən xəbər verib.

Suriya olaylarında mühüm və fərqli rollara malik olan Amerika və Rusiya bazar ertəsi günü bildiriblər ki, Suriyada atəşkəslə bağlı fevral ayında əldə edilən anlaşmanı bərpa etmək üçün ciddi səylər göstəriləcək.