Çin Fələstin dövlətinin təşkil olunmasını dəstəkləyib
https://azeri.sahartv.ir/news/dünya-i217894-Çin_fələstin_dövlətinin_təşkil_olunmasını_dəstəkləyib
Çin xarici işlər naziri bildirib ki, Fələstin məsələsi Yaxın Şərqin ən önəmli məsələsidir və müstəqil Fələstin dövləti təşkil olunmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2016 05:41 Asia/Baku
  • Çin Fələstin dövlətinin təşkil olunmasını dəstəkləyib
    Çin Fələstin dövlətinin təşkil olunmasını dəstəkləyib

Çin xarici işlər naziri bildirib ki, Fələstin məsələsi Yaxın Şərqin ən önəmli məsələsidir və müstəqil Fələstin dövləti təşkil olunmalıdır.

İSNA-nın məlumatına görə, Çin xarici işlər naziri Vanq İ əl-Cəzirə telekanalına müsahibədə deyib: Çin 1950-ci onillikdən həmişə ərəb xalqlarının azadlığı, bu məsələlərin başında Fələstin məsələsini dəstəkləmişdir.

Vanq İ Pekinin Fələstin məsələsində təxribata icazə verməyəcəyini bildirərək bu məsələnin həlli üçün əlavə ölkələrin qatılmasının vacibliyindən söz açıb və ölkəsinin bu səylərdə iştiraka hazır olduğunu bildirib.

Çin xarici işlər naziri həmçinin Qəzzənin mühasirəsinin dərhal ləğv olunması və bu bölgə sakinlərinə yardımların göstərilməsini istəyib və deyib: Pekin Qəzzə şəhərinin mühasirəsinə qarşıdır. Hal-hazırda Qəzzədə insan böhranı və bu şəhər sakinlərinə yardımların çatdırılması prioritetdir.