Çikaqoda silahlı insident
-
Çikaqoda silahlı insident
ABŞ-ın Çikaqo şəhər polisi bu şəhərdə bir neçə silahlı insidentin baş verdiyini bildirib.
Çikaqo Tribun qəzetinin məlumatına görə, Amerika polisi bildirib: İllinoys ştatının Çikaqo şəhərinin müxtəlif bölgələrində bir neçə silahlı insidentdə 6 nəfər yaralanıb.
Amerika polisi əlavə edib: Yaralılardan biri 22 yaşlı hamilə qadın olub. Onun vəziyyəti ağırdır.
Məlumata görə, silahlı insidentlər baş verən bölgələrin ətrafında polis məmurları ehtimal olunan şübhəliləri axtarırlar.
Şənb günü də Çikaqo şəhərinin müxtəlif məhəllələrində baş verən silahlı insidentlərdə 2 nəfər həlak olmuş, 28 nəfər də yaralanmışdı.
Çikaqoda silahlı insident böyük ictimai problemə çevrilib və şəhərin bəzi yoxsul bölgələrində cinayətkar mafiyaların olmasına görə, bu şəhərdə qarşıdurmalar digər şəhərlərlə müqayisədə çoxdur.