Respublikaçı senatorun planı baş tutmadı
İrandan ağır suyun satın alınmasının qadağası üzrə Amerikanın Respublikaçı senatorunun layihəsi Senatın iclasında səs qazanmayıb və məğlubiyyətə uğrayıb.
Amerikalı senatorun bu planı ABŞ hökumətinin dövlət büdcəsindən istifadə edərək İrandan ağır su almasını qadağan edirdi. Amma səs qazanmadı.
ABŞ hökuməti aylarla öncədən İrandan ağır suyun satın alınması üzrə hazır olduğunu elan etmişdi.
İranın xarici işlər nazirinin müavini bildirib ki, Amerikaya ağır suyun satılmasında ehtiyatın edilməsi imzalanmış müqavilənin ləğv olunması mənasında deyildir.
Cənab İraqçı əlavə edib: Əlavə ehtiyat buna görədir ki, ödəmə məsələsində problem yaranmadığından arxayın olaq və Amerika məhkəmələrinin qərarlarına tuş gəlməsin.
Bir neçə gün öncə də İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirmişdi ki, İranın 2 milyard dollar əmlakına ABŞ-ın əl atması macərasının ardınca, müəyyən qədər ehtiyat olundu ki, məhsul təhvil verildiyi zaman onun məbləği ödənsin.
Ötən il İran və 5+1 qrupu arasında nüvə razılaşmasına əsasən Tehran öz ağır su istehsalının həcmini azaldır və xüsusi şəraitə əsasən onu sata, yüngülləşdirə və yaxud məhv edə bilər.