İran və Türkiyə region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxıblar
https://azeri.sahartv.ir/news/dünya-i217930-İran_və_türkiyə_region_ölkələrinin_sərhədlərinin_dəyişdirilməsinə_qarşı_çıxıblar
İran İslam Respublikasının rabitə və informasiya texnologiyalar naziri deyib: İran və Türkiyə region ölkələrində sərhədlərin istənilən şəkildə dəyişilməsinə qarşıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2016 14:54 Asia/Baku
  • İran və Türkiyə region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxıblar

İran İslam Respublikasının rabitə və informasiya texnologiyalar naziri deyib: İran və Türkiyə region ölkələrində sərhədlərin istənilən şəkildə dəyişilməsinə qarşıdırlar.

İRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi cümə axşamı günü Tehranda Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onalla görüşüb. Vaizi deyib: İran və Türkiyənin region qarşısındakı siyasəti aydındır. İran və Türkiyə ölkələrin parçalanması, sərhədlərin dəyişdirilməsi və digərlərinin region dövlətlərinin daxili məsələlərində müdaxilələrini qəbul etmirlər.

İranın rabitə və informasiya texnologiyalar naziri radikal düşüncələrin əsil islamın dünyaya çatmasına əngəl törətdiyini bildirərək əlavə edib: Bu vəziyyət regionda müsəlmanların əzab-əziyyəti ilə nəticələnmişdir.

İran və Türkiyənin region və islam dünyasında sülh və stabilliyin yaradılması üçün konstruktiv rola malik ola biləcəklərini qeyd edərək deyib: İran Türkiyədə stabillik və inkişafı öz mənafeyi çərçivəsində görür və Türkiyə də belə bir siyasəti izləyəcəkdir.

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onal da bu görüşdə Türkiyənin sanksiyalar dövründə, xüsusilə də enerji və bank sektorundakı sanksiyalar zamanı İranla əməkdaşlıq etdiyini bəyan edərək deyib: Ankara mədəniyyət və turizm sektorunda İranla əməkdaşlığını daha da genişləndirmək niyyətindədir.

Türkiyənin mədəniyyət və turizm naziri əlavə edib: Türkiyənin özəl sektoru İranda otellərin inşası layihələrini izləyir.

Qərb ölkələrinin regionun məsələlərində müdaxiləsinə toxunan Onal bildirib: İran və Türkiyə regionda sülh və stabilliyi yaratmaq iqtidarındadırlar.