İstanbulda partlayış
May 12, 2016 15:25 Asia/Baku
Xəbər dairələri Türkiyənin İstanbul şəhərində güclü partlayış səsinin eşidildiyini bildiriblər.
Əl-Məyadin telekanalının məlumatına görə, bu gün günortadan sonra baş verən hadisənin səbəbi İstanbulda hərbi mərkəzin yaxınlığında bomba quraşdırılmış avtomobilin partladılması olub.
İlkin məlumatlara görə, bu partlayışda 5 nəfər yaralanıb.
İndiyə qədər bir şəxs və yaxud qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib və Türkiyə polisi də kimsəni saxlamayıb.
Bundan öncə də İstanbul şəhərində bir neçə dəhşətli partlayış baş vermişdir.