PKK terrorçuları ilə toqquşmalarda bir neçə türk əsgəri həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i217990-pkk_terrorçuları_ilə_toqquşmalarda_bir_neçə_türk_əsgəri_həlak_olub
Türkiyə ordusu baş qərargahı bəyanat verərək PKK terrorçuları ilə toqquşmalarda 16 türk əsgərinini həlak olması və yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2016 08:50 Asia/Baku
  • PKK terrorçuları ilə toqquşmalarda bir neçə türk əsgəri həlak olub
    PKK terrorçuları ilə toqquşmalarda bir neçə türk əsgəri həlak olub

Türkiyə ordusu baş qərargahı bəyanat verərək PKK terrorçuları ilə toqquşmalarda 16 türk əsgərinini həlak olması və yaralanmasından xəbər verib.

Doğan İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu baş qərargahının bəyanatında deyilir: Ölkənin cənub şərqində Həkari vilayətinin Çukurca bölgəsində PKK üzvləri ilə Türkiyə ordusu qüvvələri arasında toqquşma baş verib. Toqquşmada 6 türk əsgər və ordu bölməsinə dəstək əməliyyatı keçirən hərbi vertalyotun qəzaya uğraması nəticəsində iki türk pilot həlak olub.

Məlumatda o da bildirilir ki, bu əməliyyatda 6 PKK-çı ölüb və bir neçə terrorçu yaralanıb.

Türkiyə hərbi təyyarələri dünən də həmin ərazidə PKK-nın mövqelərinə havadan hücuma keçmişdi.

Türkiyənin şərq və cənubunda kürdlərin yaşadığı ərazilər, artıq 10 aydır ki PKK yaraqlıları ilə Türkiyə ordusu arasında qanlı toqquşmaların şahididir.

Türkiyənin təhlükəsizlik rəsmiləri həmin toqquşmalarda indiyədək PKK-çılardan 5 min dövlət qüvvələri və yerli əhalidən isə 400 nəfərin həlak olduğunu bildiriblər.