Avropa Komissiyasının sədri Ankaraya xəbərdarlıq edib
-
Avropa Komissiyasının sədri Ankaraya xəbərdarlıq edib
Avropa Komissiyasının sədri Türkiyənin terrorizm barədəki qanunu dəyişməyəcəyi təqdirdə Türkiyə ilə Avropa Birliyi arasında vizanın aradan qaldırılması barədəki razılaşma icra edilməyəcək.
İSNA-nın Val Strit Jurnala istinadla verdiyi məlumata görə, Avropa Birliyi Komissiyasının sədri Jan Klud Yunker Almaniya paytaxtı Berlində deyib: AB Türkiyə rəhbərləri ilə Türkiyə vətəndaşlarına viza rejiminin aradan qaldırılması barədə müzakirələr aparmışdır və AB bunun reallaşması üçün öz şərtlərini də irəli sürmüşdür, həmin şərtlər icra olunmadığı təqdirdə Türkiyə ilə Avropa Birliyi arasındakı bu razılığın icrası mümkün olmayacaq.
Yunker deyib: Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan öz xalqı üçün belə bir imtiyaz almaq istəyirsə terrorizm ilə mübarizə barədəki qanunlarla razılaşmalıdır.
Öncə Ərdoğan AB-nin terrorizm ilə mübarizə qanunlarında dəyişikliyə dair tələbini rədd edərək, " iki tərəf arasında viza rejiminin götürülməsinə dair razılaşma icra olunmazsa miqrantlarla əlaqədar razılaşma bütünlüklə ləğv olunmuş olacaq" -deyə bildirmişdi.
Digər tərəfdən Türkiyənin AB üzrə naziri Dekan Buzgər Avropa rəsmisinin son bəyanatına cavab olaraq, Türkiyənin terrorizm ilə mübarizə qanunlarına dəyişiklik tələbini rədd edərək deyib: Ötən iyul ayından bəri PKK yaraqlıları ilə mübarizədə 450 türk əsgəri həlak olmuşdur, buna görə də Türkiyənin AB-nin tələbi əsasında terrorizm barədə öz meyarlarını dəyişməsi mümkünsüzdür.