Türkiyə qırıcıları PKK-nı İraq ərazilərində hədəfə alıblar
-
Türkiyə qırıcıları PKK-nı İraq ərazilərində hədəfə alıblar
Türkiyənin qərəcə təyyarələri PKK yaraqlılarının İraqın Dəhuk vilayətindəki mövqelərinə havadan zərbələr endiriblər
İRİB-nin Suməriyə nyus-a istinadlı məlumatına görə, Türkiyənin hərbi təyyarələri bu gün günorta həyata keçirdiyi əməliyyatlarda həmçinin PKK yaraqlılarının İraqın Əl-İmadiyyə sərhəd zonasının Sərəkli sərhəd məntəqəsindəki mövqelərinə hücum ediblər.
Türkiyə son aylar ərzində dəfələrlə İraqın hava sərhədlərini pozaraq, bu ölkənin şimalındakı PKK-çıları havadan hədəfə alıb. Bu əməliyyatlar rəsmi Bağdadın etirazlarına səbəb olur.
Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, PKK-çıların İraqın şimalındakı qərargahlarına qarşı hava hücumlarında eləcə də Türkiyə əraziləri daxilində PKK yaraqlıları ilə toqquşmalard son 9 ay ərzində 5 min PKK ünsürü və 400 türk əsgəri həlak olub.